AZ | EN | RU
     


Azərbaycan Oxford-Kembric Tələbələri Assosiasiyası

– Oxford və Kembric Universitetlərinin Azərbaycandan olan məzunlarının icmasına xoş gəlmisiz!


Assosiasiyanın əsas məqsədi hər iki Universitetin azərbaycanlı məzunları və hazırkı tələbələri arasında peşəkar və ictimai əlaqələrin qurulmasına imkan yaratmaqdır. Eyni zamanda qurumun məqsədi Oxford və Kembricdə təhsil almaq istəyən tələbələri ruhlandırmaq, onları bu iki universitet haqqında daha geniş məlumatlandırmaq və Universitetə qəbul proqramı ərzinda onlara yardım göstərməkdir.

Siz:

  • Kembric və/yaxud Oksforda qəbul prossesi, ödəniş haqqı, qrant proqramları və təlim-tədris prosesi haqqında daha geniş məlumat almaq istəyirsinizsə;
  • Halhazırda Univesitetə qəbul üçün hazırlaşır və bu barədə yardıma ehtiyacınız varsa;
  • Artıq bu iki Universitetdən birinə qəbul olunmuş və Universitetdə tələbə həyatı, ictimai və akademik proseslər haqqında məlumatlanmaq istəyirsinizsə;
  • İnternet səhifələrini dolaşıb sizə lazım olan məlumatı tapa bilmirsinizsə;

Onda bu saytın ictimaiyyət üçün nəzərdə tutulmuş səhifələrinə buyura bilərsiz. Biz ümid edirik ki, bu səhifə sizə ehtiyacınız olan köməyi göstərəcək. Universitetlərə qəbul prosesi yaxud Kembric, Oksford və ya bu Assosiasiya haqqında istənilən məlumatı almaq istəyirsinizsə zəhmət olmasa Forumu ziyarət edib istədiyiniz sualları məzunlara və assosiasiyanın üzvlərinə ünvanlandıra bilərsiniz.

Əgər Siz:

  • Universitetdən birinin tələbəsisiniz və həmin Universitetlərdə təhsil alan azərbaycanlı tələbələrlə tanış olmaq;
  • Kembric məzunusuz və müxtəlif akademik və iş təcrubəsi olan mütəxəssislər şəbəkəsinin üzvü olmaq istəyirsinizsə;

onda zəhmət olmasa Üzvlər bölməsinə giriş üçün qeydiyyatdan keçin. Üzvlər bölməsində siz assosiasiyanın üzvləri, Oksford, Kembric və Azərbaycanla əlaqəli tədbirlər haqqında məlumat ala bilərsiniz. Bu səhifə sizə şəbəkənin uzvləri ilə tez və müvafiq şəxçi ünsiyyət, fikir mübadiləsi aparmaq imkanı yaradacaq (üzvlük tələbləri, qaydaları və şərtələri üçün zəhmət olmasa bu səhifəni ziyarət edin).

Bu səhifənin mütəmadi və ya təsadüfi ziyarəiçisi olmasından asılı olmayaraq ümid edirik ki, siz bu veb-səhifədən faydalanırsız. Zəhmət olmasa səhifə haqqında fikir və təkliflərinizlə Feedback seksiyasında bizlərlə böluşun.

 
www.azoxbridge.org.uk © 2007-2012